"Mnaçester Yunayted"in sabiq futbolçusu Rayan Giqqz keçmiş sevgilisi və onun bacısına qarşı məişət zorakılığı ittihamlarını qəbul etməyib.

Offsideplus.az "The Guardian"a istinadən xəbər verir ki, Uels millisinin baş məşqçisinin bu gün məhkəmə dinləməsi baş tutub. Giqqz məhkəmə zamanı ona qarşı irəli sürülən ittihamları rədd edib. 

Qeyd edək ki, 48 yaşlı mütəxəssis 2017-ci il 1 dekabr və 2020-ci ilin noyabrı tarixlərində sevgilisi Keyt Qrivilə hücum etdiyi üçün həbs olunub. O, dindirildikdən sonra araşdırma başa çatanadək girov müqabilində azadlığa buraxılıb.

Növbəti məhkəmə mayın 26-da keçiriləcək.