Çimərlik futbolu üzrə DÇ-2021-in final mərhələsinin oyunlarını idarə edəcək namizəd hakimlərin adları açıqlanıb.

Offsideplus.az AFFA-ya istinadən xəbər verir ki, 48 hakimin olduğu siyahıda çimərlik futbolu üzrə FİFA referisi İnqilab Məmmədovun da adı var. 24 referinin yer alacağı yekun siyahı 2021-ci ilin iyul ayında açıqlanacaq.

Qeyd edək ki, çimərlik futbolu üzrə dünya çempionatı Rusiya Federasiyasında təşkil olunacaq.