Məsut Özil "Tottenhem"in İngiltərə kubokunun finalında "Mançester Siti"yə uduzmasına münasibət bildirib.

 Offsideplus.az xəbər verir ki, "Fənərbağça"nın ulduzu Tvitter hesabında "Tottenhem"i ələ salan paylaşım edib və bu sözləri yazıb: "Hələ də tozlu qalıb". 

Qeyd edək ki, Özil daha öncə "Tottenhem"də oynamaq, yoxsa karyeranı bitirmək?" sualına "Asan sualdır, karyeramı bitirmək" deyə cavab vermişdi.