ABŞ-ın Ceksonvil şəhərində keçirilən UFC 261 turnirində Mültəq Döyüş Çempionatının (UFC) keçmiş qalibi Kris Uaydman yamaykalı Yuraya Hol ilə qarşılaşıb.

Offsideplus.az xəbər verir ki, amerikalı döyüşçü görüşün 17-ci saniyəsində rəqibinə ilk ayaq zərbəsini endirib və dərhal da yerə yıxılıb. Uaydın ayağının sındığı məlum olub. 

Görüş dayandırılıb və Hol texniki qalibiyyət qazanıb. O, MMA tarixində bir zərbə belə vurmadan qələbə qazanan ilk döyüşçü olub.

Həmin görüntüləri təqdim edirik: