"Mançester Yunayted"in əfsanəvi baş məşqçisi Ser Aleks Ferqyuson Avropa Super Liqası barədə danışıb.

Offsideplus.az "Reuters"ə istinadən xəbər verir ki, 79 yaşlı mütəxəssis bunun doğru qərar olmadığını açıqlayıb.

"Avropa Super Liqası 70 illik Avropa klub futbolundan uzaqlaşmaq deməkdir. "Aberdin" ilə UEFA Kuboklar Kubokunu qazanmaq Şotlandiyada Everest dağına dırmanmaq kimi bir şey idi. "Everton" Çempionlar Liqasında oynamaq üçün inşa edəcəyi yeni stadiona 500 milyon sterlinq xərcləyir. Bütün azarkeşlər bu rəqabəti olduğu kimi sevir. "Mançester Yunayted"dəki dönəmimdə 4 dəfə Çempionlar Liqası finalında oynadıq və bunlar "qırmızı şeytanlar"dakı ən özəl anlarım idi".