Azərbaycan Cüdo Federasiyasının (ACF) prezidenti Rövnəq Abdullayev və Beynəlxalq Cüdo Federasiyasının (İJF) prezidenti Marius Vizer arasında Antalyada görüş keçirilib.

Offsideplus.az xəbər verir ki, görüşdə Azərbaycanda cüdonun inkişafı ilə bağlı həyata keçirilən tədbirlər barədə İJF rəhbərliyinə ətraflı məlumat verilib. R.Abdullayev idmançılarımızın Olimpiya Oyunlarında, dünya və Avropa çempionatlarında qazandıqları yüksək nailiyyətlərdən bəhs edib. Sonda xatirə şəkli çəkdirilib.

Qeyd edək ki, Türkiyənin Antalya şəhərində cüdo üzrə "Böyük Dəbilqə" beynəlxalq turnirinə bu gün yekun vurulacaq.