Dieqo Maradona ölümündən 4 ay sonra 34 milyon funt sterlinq (40 milyon avro) vergidən yayınmaq barədə bəraət alıb.

Offsideplus.az xəbər verir ki, 30 illik məsələ İtaliya Ali Məhkəməsi tərəfindən sübut olundu. Belə ki, 1991-ci ildə Dieqo "Napoli"də çıxış edərkən 2,5 milyon funt sterlinq dəyərində vergidən yayındığı iddia edilib. Toplam faizlə bu 34 milyon funt sterlinqə yüksəlib. 2006-cı ildə polis Napolidə dünya çempionunun sırğalarına və "Rolex" markalı saatını müsadirə edib. 

İtaliya Ali Məhkəməsi isə dünən Maradonanın 2013-cü ildəki vergi əhvinə görə bağışlanması gərəkdiyinə qərar verib.

Qeyd edək ki, Dieqo Maradona keçən ilin noyabrı 60 yaşında dünyasını dəyişib.