Ağdamda 5 mülki şəxs piyada əleyhinə minaya düşüb.
Bədbəxt hadisə rayonun işğaldan azad edilən Yüsifcanlı kəndi ərazisində baş verib.
Hadisə zamanı bir nəfər ölüb, dörd nəfər isə xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Ölən və yaralı şəxslərin şəxsiyyəti hələlik müəyyənləşməyib. Onların Ağdamın Hacıqərvənd kənd sakinləri olduğu deyilir.