Yaponiya Kosmos Araşdırma Agentliyinin astronavtı Soiti Noquti həmyerlisi Keysuke Hondanı "Neftçi"yə keçməsi münasibəti ilə təbrik edib.

Offsideplus.az xəbər verir ki, 55 yaşlı astronavt bu barədə şəxsi "Tvitter" hesabında paylaşım edib. Azərbaycanın kosmosdan şəklini paylaşan Noquti bu sözləri yazıb:

"Keysuki Honda, "Neftçi"yə keçməyiniz münasibətilə səni təbrik edirəm. Yeni dünyada uğurlar!"

Honda isə öz növbəsində belə cavab yazıb: "Kosmosdan xüsusi mesaj aldım. Sən bizim xəyalımızsan.Bu arada, Azərbaycan hardadır?"