Pele karyerası ərzində vurulan qolların sayı üzrə onun rekordunu üstələmiş "Yuventus"un ulduzu Kriştiano Ronaldonu təbrik edib.

Offsideplus.az  xəbər verir ki, əfsanəvi futbolçu bu barədə şəxsi "tvitter" səhifəsində yazıb.

"Sənin necə də gözəl karyeran var! Mən sənə çox heyranam və bu heç kimə sirr deyil. Rəsmi matçlarda qollar üzrə mənim rekordumu üstələməyin münasibətilə səni təbrik edirəm. Mən böyük sevgi ilə sənin şərəfinə fotonu paylaşıma əlavə edirəm - dostluğun simvolu kimi, hansı ki, artıq bir çox illərdir mövcuddur", - Pele tvitterdəki səhifəsində yazıb.

Qeyd edək ki, Ronaldo keçmiş Çexoslovakiyanın hücumçusu Yozef Bisanın (759 qol), habelə Pelenin (757 qol) nailiyyətlərini üstələyərək karyerasında vurulan qolların sayı üzrə mütləq rekorda imza atıb.