ABŞ-ın Mississipi ştatında "trans"lar qadın idmançılarla yarışa bilməz.

Offsideplus.az xəbər verir ki, ştatın qubernatoru Teyt Rivs qərarın qəbulu ilə bağlı sərəncam imzalayıb. O, qadın idmançıların haqsızlıqla qarşılaşmaması üçün bu addımı atıb. 

Mississipi əyaləti ABŞ-da bu qərarı qəbul edən ilk ştat olub. Qanun bu ilin iyul ayından etibarən qüvvəyə minəcək. Qərara etiraz etmək haqqı mümkündür. 

Qeyd edək ki, ABŞ-ın təxminən digər  20 əyalətində də eyni qərarın qəbulu gözlənilir.