Braziliyanın məşhur "Marakana" stadionu Pelenin adını daşıya bilər.

Offsideplus.az xəbər verir ki, bununla əlaqədar Rio-de-Janeyro ştatının qanunverici məclisinə təqdim olunan qanun layihəsi deputatlar tərəfindən qəbul edilib. Yerli qubernatorun təsdiqindən qərar rəsmən qüvvəyə minəcək.

Lakin bütün azarkeşlər bu qərarla razı deyil. Belə ki, bir çoxları düşünür ki, "Marakana" stadionuna Rio-de-Janeyro şəhərindən olan birinin adı verilməlidir, Minas-Jerayslı Pelenin deyil.