Bu gün İstanbulda FETÖ terror təşkilatı ilə əlbirlikdə ittiham edilən azərbaycanlı iş adamı, “Xəzər Lənkəran” klubunun sahibi Mübariz Mənsimovun məhkəməsi keçirilib.

Offsideplus.az xəbər verir ki, Mənsimovun köməkçisi Fidan Quliyeva bu haqda “feysbuk” hesabında paylaşım edib. Məhkəmə prosesində şahidlər dindirilib, daha sonra Mənsimova söz verilib. O, ifadəsində ona qarşı irəli sürülən ittihamları qəbul etməyərək bəraətini istəyib. Məhkəmənin qərarına əsasən, Mənsimov ev dustaqlığı şərti ilə azadlığa buraxılıb.

Martın 3-də İstanbul Cümhuriyyət Prokurorluğu iş adamının məhkəmə nəzarəti altında şərti azadlığa buraxılması ilə bağlı vəsatət verib.

Mənsimov ötən ilin martında FETÖ işi üzrə aparılan istintaq çərçivəsində həbs olunmuşdu.