"Milan"ın ulduzu Zlatan İbrahimoviç siyasətə qarışan futbolçuları dəstəkləmir. Bu barədə "Los Anceles Leykers" basketbol klubunun üzvü Lebron Ceymslə sözü çəp gələn isveçli San Remo musiqi festivalında bir daha fikirlərini üstündə qalıb.

Offsideplus.az xəbər verir ki, İbrahimoviç son günlərin müzakirə mövzusu olan məsələ ilə bağlı fikirlərini açıqlayıb:

"İrq və siyasət fərqli şeylərdir. İdmançılar dünyanı birləşdirir, siyasət isə onu bölür. Haradan gəlirsinizsə gəlin, ətrafımızdakı hər kəs xoş qarşılanır və insanları bir araya gətirmək üçün hər şey edərik. Bizim rolumuz, ən yaxşı bacardığımız şeyi edərək dünyanı birləşdirməkdir. Yaxşı olmadığımız başqa şeylər etməməliyik, əks halda, siyasətdə olardım. Mesajım: İdmançılar idmançı, siyasətçilər siyasətçi olmalıdır".