Məşhur qapıçının atası vəfat edib.

Faciəvi hadisə dünən baş verib.

Offsideplus.az ESPN-ə istinadla xəbər verir ki, "Liverpul"un və Braziliya millisinin qapıçısı Alisson Bekerin atası Joze Beker gözlənilmədən dünyasını dəyişib. Lavras do Suldakı bağ evinin yanındakı göldə üzən ata Beker orda boğulub. Yerli vaxtla saat 17.00-da başlanılan axtarışlar düz 7 saat davam edib. Polislər və xilasetmə qüvvələri 57 yaşlı kişinin cəsədini göldən tapblar. 

Qeyd edək ki, Alisson 2019-cu ildə dünyanın ən yaxşı qapıçısı seçilib.