"Atalanta" - "Napoli" (4:2) görüşündə qonaqların futbolçusu ölümdən dönüb.

Offsideplus.az xəbər verir ki, matçın sonlarına yaxın Viktor Osimhen arxası üstə yerə yıxıldığı anda başı yerə çırpılıb. Huşunu itirən futbolçunu həyata qaytarmaq üçün dərhal xəstəxanaya aparılması məqsədəuyğun sayılıb. 

Edilən ilk müayinələrdən sonra nigeriyalı forvardın durumu yaxşılaşıb. Hazırda xəstəxanada həkim nəzarətində olan Viktorun vəziyyəti qənaətbəxşdir.