Argentinalı əfsanə Dieqo Maradonanın 75 milyon funt-sterlinq (104 milyon dollar) dəyərində olan mirası tam olaraq hələ də tapılmayıb.

Offsideplus.az xəbər verir ki, vəkillər iddia edilən mirasın sadəcə 5 milyonunu əldə edə biliblər. Geridə qalan milyonların oğurlandığı, özünü xərclədiyi və ya heç vaxt mövcud olmadığı iddia edilir. 

Qeyd edək ki, noyabr ayında dünyasını dəyişən Maradona ölümündən qabaq yaxınlarına 75 milyon funt-sterlinq dəyərində sərvətinin olduğunu açıqlamışdı (NTVspor).