Yurgen Kloppun ailəsinə ciddi itki baş verib.
Offsideplus.az xəbər verir ki, "Liverpul"un baş məşqçisinin anası Elizabet Klopp 81 yaşında dünyasını dəyişib. Lakin ünlü məşqçi anasının dəfnində iştirak edə bilməyib. Səbəbsə koronavirus pandemiyasının ölkələrarası gediş-gəlişlə bağlı yaratdığı çətinlikdir.
Klopp "Schwarzwaelder-bote"yə açıqlamasında anasının itkisi ilə bağlı bunları deyib: "O insan mənim üçün hər şey demək idi. Sözün ən yaxşı mənasında ana idi bizim üçün. İnancı yüksək olan anamın indi ən yaxşı yerdə olduğuna inanıram. Dünyada hökm sürən pandemiyaya görə dəfndə iştirak edə bilmirəm. Ara sakitləşən kimi lazım olan hər şeyi edəcəm".
Qeyd edək ki, Almaniya fevralın 17-nə kimi Böyük Britaniya ilə hava yollarını bağlayıb. Bu səbəbdən fevralın 16-da keçirilməli olan "Leypziq" - "Liverpul" oyunu Macarıstanda baş tutacaq.