NBA əfsanəsi Kobi Brayant və 8 adamın ölümünə səbəb olan helikopter qəzasında pilot səhvinin olduğu aşkarlanıb.

Offsideplus.az xəbər verir ki, dünyanı yasa boğan qəzada Kobinin 13 yaşlı qızı Cianna Brayant da həyatını itirmişdi. Milli Nəqliyyat Təhlükəsizliyi Şurasının sədri Robert Samvalt qəzada helikopterin pilotunu diqqətsizlikdə günahlandırıb. 

Belə ki, pilot Ara Zobayanın federal qaydaları pozaraq, helikopteri buludların arasından uçurtduğu ortaya çıxıb. Bu səbəbdən istiqamətini itirərək Kaliforniyadakı təpələrdən biri ilə toqquşduğu aşkarlanıb.