"Ayaks"ın əsas heyət üzvü Andre Onanaya 12 aylıq cəza verilib.

Offsideplus.az Niderland klubunun rəsmi saytına istinadla xəbər verir ki, 25 yaşlı kamerunlu qapıçı antidopinq qaydalarını pozduğu üçün cəzalandırılb.

Oktyabrın 30-da qapıçıdan götürülmüş sidik nümunəsində furosemid aşkarlanıb. Onananın cəzası bu gündən qüvvəyə minib. Cəza həm milli, həm də klub yarışları üçün keçərlidir.