Məşhur futbolçu Mauro İkardinin evi qarət olunub.

Offsideplus.az "Ekip" nəşrinə istinadla xəbər verir ki, oğurluq hadisəsi PSJ-nin "Loryan"la oyunu zamanı  (2:3) baş verib. Argentinalı hücumçunun evindən qızıl-zinət əşyaları, bahalı saatlar və brend modelli geyimlər götürülüb. İkardiyə 400 min avro (təxminən 780 min manat) məbləğində ziyan dəydiyi deyilir. Hadisə ilə bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.