"The Amazing" ləqəbli avstriyalı qarışıq döyüş növləri (MMA) döyüşçüsü, İslamı qəbul etmiş Vilhelm Ott Azərbaycanı Qarabağ zəfəri münasibətilə təbrik edib.

Offsideplus.az xəbər verir ki, İkinci Qarabağ Müharibəsində ölkəmizin zəfərini təbrik edən Ott  2020-ci ilin 10 noyabrında "İnstaqram" hesabındakı paylaşımına bu sözləri yazıb:

"Əlhəmdüllah! Müsəlmanların Qarabağdakı zəfəri ədalətin qələbəsidir".
Qeyd edək ki, 38 yaşlı Vilhelm ötən ilin aprelin 17-də İslamı qəbul edərək müsəlman olmuşdu.