Marsel "Olimpik"in azarkeşləri əsəbdən özlərinə yer tapa bilmirlər.

Komandanın son 4 oyunda uğursuz nəticələrlə yadda qalması, bu azmış kimi klub rəhbərliyinin Andre Villaş-Boaşa yeni müqavilə təklif etməməsi çılğın fanatları kəskin etiraz bildirməyə məcbur edib. 

Offsideplus.az "RMC"yə istinadla xəbər verir ki, "Olimpik" azarkeşləri səhər saatlarında müxtəlif bannerlərlə yola çıxaraq, etiraz şüarları səsləndiriblər. Məqsədləri klubun təlim-məşq bazasına daxil olmaq imiş. Mühafizəçilərin səyi nəticəsində hədəfə çatmaq mümkün olmayıb. Belədə əsəblər bir az da gərilib ki, fanatlar çıxış yolunu alışdırıcı maddələr yandırmaqda görüblər. Daha sonra ağaclara od vurublar. 

pojar