AFFA Gəncədə Futbol Akademiyası açacaq.

Offsideplus.az xəbər verir ki, AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov Tovuzda olduğu kimi, Gəncədə də Futbol Akademiyası açmaq istədiklərini bildirib: "İki həftə öncə Tovuzda futbol akademiyası və bazanı tam bərpa etdik. Bu, UEFA, FIFA və AFFA-nın dəstəyi ilə oldu. Bu cür bazanı Gəncədə də açmaq istəyirik. Sabah hansısa sponsor gələndə ona yeni baza tikmək lazım olmayacaq. "Kəpəz"ə sponsor cəlb etmişdik, stadionu görəndən sonra fikrini dəyişdi".