"Qarabağ"ın futbolçusu Vild-Donald Gerye Azərbaycana gələ bilmir.

Haitili futboloçu yanvarın 10-na qədər ailəsi ilə birgə Bakıya qayıtmalı olsa da, ABŞ-da üzləşdiyi çətinlik ucbatından yubanır.

Offsideplus.az xəbər verir ki, Gerye təyyarəyə buraxılmayıb. Səbəbkarın saytımıza verdiyi məlumat belə oldu: "Bəli, ayın 10-na kimi Bakıda olmalıydım. Çünki əlimizdə biletimiz var idi. Lakin Nyu-Yorkdan İstanbula uçmağa hazırlaşdığımız məqamda Türk Hava Yollarının əməkdaşları bizi təyyarəyə buraxmadı. Koronavirus testi vermişdik, nəticələr də neqativ idi. Həmin testin keçərli olmadığını deyib, PSR analizi verməli olduğumuzu söylədilər. Bu üzdən gecəni hava limanında qaldıq.

Artıq PSR testi verib, cavabını gözləyirik. Hazırda Nyu-Yorkda oteldə qalırıq. Cavablar məlum olandan sonra uçuşda heç bir problem olmayacaq. Fikrimcə, 2-3 günə Bakıda olaram".