Sosial medianın həyatımızı təsiri altında saxladığı dövrdə ən çox istifadə edilən proqramlardan biri də INSTAGRAM-dır.

Offsideplus.az xəbər verir ki, aparılan bir araşdırmanın nəticəsinə görə 2020-ci ilin ən çox bəyənilən fotosu Kriştiano Ronaldonun Maradonanın öldüyü gün - 25 noyabr, 2020 - onunla bağlı etdiyi paylaşım olub. 

249 milyon izləyicisi olan Ronaldonun bu paylaşımına  19.7 milyon bəyənmə gəlib.