Prezident İlham Əliyev dekabrın 29-da Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Şuşanın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Offsideplus.az xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikasının Şuşa şəhərinin işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları “Şuşanın azad olunmasına görə” medalı ilə təltif ediliblər. Onlar arasında əməkdaşımız Daşqın Əziz də yer alıb.