Rusiyalı FİFA referisi Sergey İvanov ölkəsində gündəm adamına çevrilib.

Səbəbsə hansısa oyunda yol verdiyi kobud səhvlər yox, Premyer Liqa qarşılaşmasından bir gün əvvəl yaşanan hadisədir.

Offsideplus.az xəbər verir ki, 2014-cü ildən sinəsində FİFA-nın emblemini daşıyan İvanovun köməkçiləri çempionatın 19-cu turunun "Tambov" - "Ural" (1:1) qarşılaşmasından bir gün öncə - dekabrın 17-də restoranda görüntüləniblər. Lakin Saranskdakı "Balcon" restoranın məqsəd təkcə "kəmərin alrını bərkitmək" olmayıb. Qışın soyuğundan istifadə edən hakimlər həm də "boğazlarını yaşlamaq" həvəsinə düşüblər. Onların masa arxasındakı görüntülərini isə restorandakı şəxslərdən biri telefonunun yaddaşına köçürüb. 

Hazırda Rusiya Futbol İttifaqı məsələ ilə araşdırma aparır. Hakimlərin əməli sübuta yetirilsə, hansısa formada cəzalanacaqlar. 

Qeyd edək ki, adıçəkilən oyunda narazılıq yaşanıb. Belə ki, 78-ci dəqiqədə İvanov "Ural"ın qapısına haqlı penaltini təyin etməyib.