"Neftçi"nin sabiq rəsmisi koronavirusa yoluxub.

Offsideplus.az xəbər verir ki, "ağ-qaralar"ın sabiq rəisi Güloğlan Cabbarov adı çəkilməyən xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Qeyd edək ki, Cabbarov 2011-2013-cü illər aralığında paytaxt klubunda fəaliyyət göstərib. O, həm də kikboksinq üzrə dünya çempionu, Azərbaycan Kikboksinq Federasiyasının vitse-prezidentidir.

İdman ictimaiyyəti arasında kifayət qədər tanınan şəxs Milli Məclisə seçkilərdə 19 saylı Nərimanov 1-ci seçki dairəsindən namizədliyini irəli sürmüşdü.