FIFA bu gün müxtəlif nominasiyalar üzrə ilin ən yaxşılarını mükafatlandırıb.

Offsideplus.az xəbər verir ki, "The Best" mükafatının təqdim ediləcəyi tədbir koronavirus pandemiyası səbəbindən ilk dəfə onlayn keçirilib.

Mərasim Bakı vaxtı ilə saat 22:00-da başlayıb.

İlin ən yaxşı futbolçusu adına Almaniya "Bavariya"sından Robert Levandovski layiq görülüb.

İlin qadın futbolçusu isə "Mançester Siti"dən Lüsi Bronz olub.

İngiltərə "Liverpul"undan Yurgen Klopp ilin ən yaxşı baş məşqçisi seçilib.

Qeyd edək ki, ötən il "The Best" mükafatını Lionel Messi qazanıb.