Dünyaca məşhur braziliyalı futbolçu Robinyo uzun müddətə azadlıqdan məhrum ola bilər.

Offsideplus.az xəbər verir ki, ulduz futbolçunu 9 il müddətinə həbs cəzası gözləyir. Buna səbəb onun adının kütləvi təcavüzdə hallanmasıdır. Belə ki, iddialara görə, Robinyo 2013-cü il yanvarın 22-də Milandakı klublardan birində 22 yaşlı xanıma təcavüz edib. Bundan əlavə "Real"ın keçmiş futbolçusunun daha 5 nəfərə təcavüz etdiyi bildirilir.

Qeyd edək ki, Robinyo ilə yanaşı, dostlarından biri Rikardo Falkaonu da 9 il müddətində həbs cəzası gözləyir. 

36 yaşlı sabiq futbolçu "Real", "Mançester Siti", "Başakşehir", "Sivasspor", "Milan" klublarında çıxış edib.