Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2020-ci ilin ən yaxşı bombardirlərinin siyahısını açıqlayıb.

Offsideplus.az xəbər verir ki, beynəlxalq oyunlarda ən çox qol vuran futbolçuların yer aldığı cədvəldə Milli komanda və qitəmiqyaslı klub turnirlərində ən azı 5 dəfə fərqlənənlərin siyahısına 27 futbolçu düşüb. 

Dortmund “Borussiya”sının norveçli hücumçusu Erlinq Haland ötən ayla müqayisədə 1-ci sıraya yüksəlib. Millidə 6, klubda 8 dəfə fərqlənən forvardın aktivində 14 qol var.