Argentina millisinin sabiq futbolçusu Dieqo Maradonanın ölümüylə bağlı yeni iddialar ortaya atılıb.

Offsideplus.az xəbər verir ki, əfsanəvi futbolçunun ölüm səbəbi kimi infarkt göstərilsə də, bunda həkim səhlənkarlığının olduğu da iddia olunub.

Argentinalı jurnalist Martin Lemos belə bir informasiya əldə etdiyini bildirib:

“Bizə Maradonanın həkimlərin səhv müalicəsinə görə vəfat etdiyi barədə məlumat daxil olub. Dieqo infarkt keçirib, ancaq ona müdaxilə edən həkimlərdən heç biri bu haqda danışmayıb, sadəcə öldüyünü dedilər”.

Qeyd edək ki, dünya futbolunun əfsanəsi Maradona ötən gün vəfat edib.O bu gün dəfn olunacaq. Argentinada Maradonanın ölümünə görə üç günlük matəm elan olunub.