Ötən gün vəfat edən Argentina futbolunun əfsanəsi Dieqo Maradona ilə vida mərasimi bu gün keçiriləcək.

Offsideplus.az xəbər verir ki, Kasa=Rosada Prezident Sarayında baş tutacaq mərasim Bakı vaxtı ilə saat 13:00-da başlayacaq. Maradona ilə vidalaşmaq istəyənlər axşam saatlarına qədər saraya üz tuta biləcəklər. Tədbirin cümə günü davam edib-etməyəcəyi hələlik bəlli deyil.

Qeyd edək ki, Dieqo Maradona noyabrın 25-də 60 yaşında ürəktutmasından vəfat edib.