Bu gün Moskva Prokurorluğunda "Zenit", "Spartak", "Rubin", ÇSKA kimi klubların, eləcə də 56 oyunda Rusiya millisinin şərəfini qorumuş Roman Şirokovun məsələsinə baxılıb.

Offsideplus.az "Sport-Ekspress"ə istinadla xəbər verir ki, sabiq futbolçu barədə məhkəmə bu gün qərar çıxarmalı olsa da, yekun qərarın verilməsi dekabrın 4-nə "sürüşdürülüb". Prokurorluq videogörüntüləri izlədikdən və hər iki tərəfi dinlədikdən sonra Şirokovun günahkar olduğunu sübuta yetirib. Odur ki, Rusiya yığmasının sabiq yarımmüdafiəçisi iki bənd üzrə ittiham olunur: xuliqanlıq və qarşı tərəfin sağlamlığına ziyan vurmaq. Bu isə o deməkdir ki, Roman Nikolayeviçi 2 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir. 

 

60193

Hadisə bu ilin avqustunda həvəskarların Media Turnirində baş verib. "Nicego Obicnogo" ilə "Matç" TV arasında baş tutan oyunda "televizyonçular"ın şərəfini qoruyan ötənlərin məşhur futbolçusu rəqibin cərimə meydançasında yerdə qaldığı üçün penalti tələb edib. Hakimin "davam" və "qalx" işarələrini görüncə özündən çıxan Şirokov Nikita Dançenkovu söyüb və qarşısında haqlı "qırmızı" görüb. Bununla da özünü saxlaya bilməyib. Hakimə yaxınlaşaraq üzünə yumruq vurub yerə sərib, davamını təpik zərbələri ilə gətirib. 

MyCollages pic905 895x505 42284

Yarış mediaya aid olduğundan canlı yayınlanan oyun günü stadionda xeyli sayda jurnalist olub. Həmkarlarımız meydana daxil olub epizodu çəkmək istəsələr də, Rusiya yığmasının başqa bir keçmiş futbolçusu, həmin matçda Şirokovun komanda yoldaşı olan  Andrey Tixonov operatorun üstünə hücum edərək təhqir və söyüşlər yağdırıb.

Olayın üstündən 10-15 dəqiqə keçəndən sonra hakimlər ətrafdakı futbolçuların köməkliyi ilə paltardəyişə otağına yollanırmış Bu an Şirokov özünü az öncə üz-gözünü al-qana buladığı referiyə çatdıraraq zərbəsinin təsirini yoxlayıb. Əlini zərərçəkənin çiyninə vuraraq, "heç nə yoxdur, salamatsan, bildin də nəyə görə etdim" sözlərini işlədib. 

Həmin videonu təqdim edirik.