"Milan"ın ulduzu Zlatan İbrahimoviç "Tvitter" hesabındakı paylaşımı ilə gündəmə düşüb.

Offsideplus.az xəbər verir ki, 39 yaşlı isveçli bütün dünyada milyonlarla istifadəçisi olan FİFA 21-i şikayət edib. Belə ki, adı çəkilən oyun futbolçuların üz və adını istifadə etmək üçün icazəli şəkildə lisenziya almalıdır.  Bu barədə "Tvitter"də paylaşım edən İbra "EA Sports"da üzümdən istifadə edilməsi üçün kim icazə verib? Belə bir icazə verdiyimi xatırlamıram", - deyə bildirib:

"Kimsə illərdir mənim üzümdən və adımdan istifadə edərək pul qazanır. Araşdırma zamanı gəldi".

Onun bu sözünə "Qaret Beyl dəstək olaraq "Maraqlıdır... Nə məsələdir? Araşdırma zamanı gəldi", - deyə cavab verib.