İngiltərə futbolunda əsl adı biabırçılıq olan qeyri-adi hadisə baş verib.
Olay Çempionşipdə "Preston Nort End" - "Şeffild Ueunsdey" qarşılaşmasında yaşanlb.
Offsideplus.az xəbər verir ki, dünyanın diqqətini özünə çəkməyi bacaran futbolçu Darnell Fişer olub. Belə ki, qonaqlar standart vəziyyəti yerinə yetirməyə hazırlaşanda, Fişer qarşısını kəsməli olduğu Kallum Patersonun cinsiyyət orqanına əl atıb. "Şeffild Uensdey"in futbolçusu bunu görüncə, üzünü hakimə tərəf çevirsə də, Darnell məhəl verməyərək eyni addımı ikinci dəfə təkrarlayıb.
Qeyd edək ki, məlum hərəkətə görə İngiltərə Futbol Assosiasiyasının Darnell Fişeri cəzalandıracağı gözlənilir.
Bir qədər etikadan kənar olsa da, sıx if qrafikində əhvalınızı yüksəltmək üçün videonu olduğu kimi təqdim edirik.