UEFA Ermənistan Futbol Federasiyasını karantin qaydalarını pozduğu üçün cərimələyib.

Offsideplus.az xəbər verir ki, oktyabrda Millətlər Liqasının qrup mərhələsi çərçivəsində Estoniyanın qonağı olan ermənilər (1:1) qarşılaşmadan əvvəl Tallində erməni kilsəsinə baş çəkib, eyni zamanda yerli “Ararat” klubunun gənc oyunçuları və onların valideynləri ilə görüşüblər. Halbuki bir gün əvvəl Ermənistan yığmasının nümayəndələrindən birində koronavirusa yoluxma aşkarlanmışdı.
UEFA-nın koronavirus qaydalarına görə isə komanda üzvləri xüsusi hallar xaricində oteli tərk etməməlidir. Buna məhəl qoymayan Ermənistan Futbol Federasiyası 10 min avro məbləğində cərimələnib. Federasiya bu pulu 90 gün ərzində ödəməlidir.