Lüksemburq Futbol Federasiyası (FLF) UEFA tərəfindən cərimələnib.

Offsideplus.az xəbər verir ki, komandanın Millətlər Liqası çərçivəsində oktyabrın 10-da Kiprlə ev oyunu zamanı (2:0) tribunalara məhdud sayda azarkeş buraxılıb. Lakin maska taxmaq və oturacaqlarda məsafə saxlamaq qaydalarına lazımınca əməl edilməməsi UEFA-nın diqqətindən yayınmayıb. Nəticədə qitə futbol qurumu yerli federasiyanı 5000 min avro məbləğində cərimələyib.

Qeyd edək ki, bu gün “Jozi Bartel” stadionunda keçiriləcək Lüksemburq - Azərbaycan oyunu Bakı vaxtı ilə 23:45-də başlayacaq.