Azərbaycan millisinin futbolçusu Araz Abdullayevin çıxış etdiyi Türkiyənin "Boluspor" klubunda koronavirusa yoluxan şəxslərin sayı artıb.

Offsideplus.az xəbər verir ki, bölgə təmsilçisində 5 oyunçu, 1 məşqçisi və klubun 3 işçisinin testi müsbət nəticələnib.
Beləliklə, 8 futbolçu, 1 məşqçi, 1 tibb işçisi və klubun 4 əməkdaşının koronavirus səbəbindən karantində olduğu açıqlanıb.
Qeyd edək ki, Araz Abdullayev Azərbaycan yığmasının 3 oyun üçün hazırkı təlim-məşq toplanışına çağırılmayıb.