Türkiyə ilə Xorvatiya arasında baş tutan yoldaşlıq görüşündə (3:3) ilginc olay yaşanıb.

Meydanda top dalınca qaçan futbolçulardan birinin koronavirusa yoluxduğu aşkarlanıb və baş məşqçi fasilədə onu əvəzləyib.

Offsideplus.az xəbər verir ki, dünən İstanbulda keçirilən oyunun ilk hissəsində Domaqoy Vidanın COVİD-19-a yoluxduğu məlum olub. Və bu üzdən ilk 45 dəqiqədən sonra məşqçilər heyəti heç kimə heç nə demədən onu əvəzləyib.

Hadisə nəcə baş verib? Deməli, Türkiyə ilə oyuna çıxmaq üçün Xorvatiya millisinin üzvlərinin hər biri noyabrın 9-u test veriblər. Testin nəticələri qənaətbəxş olub. İsveçlə Millətlər Liqası çərçivəsində noyabrın 14-də baş tutacaq oyun üçün test isə Türkiyə ilə oyun günü səhər verilib. Nəticələri bu gün açıqlanacaqmış.

Lakin iş elə gətirib ki, testin cavabları dünən - Türkiyə ilə oyunun gedişində çıxıb. Məşqçilər heyəti narahatlıq keçirsələr də, rəqibə və UEFA nümayəndəsinə bu haqda heç nə deməyiblər.