Argentinanın “Ximnasiya” klubunun baş məşqçisi Dieqo Maradona əməliyyat olunub.

Offsideplus.az xəbər verir ki, bir neçə gün öncə xəstəxanaya yerləşdirilən 60 yaşlı mütəxəssis ötən gecə təcili əməliyyata götürülüb.
Xroniki subdural hematoma diaqnozu qoyulan məşqçinin əməliyyatı uğurlu keçib. Futbolçunun həkimi Leopoldo Luke xəstənin durumun yaxşı olduğunu bildirib: “Əməliyyat 120 dəqiqə çəkdi. Hər şey normal və fəsadsız başa çatdı”.