Bu gün Rayan Giqqsin mətbuat konfransı baş tutmalıydı.

Uels millisinin baş məşqçisi jurnalistlərlə görüşdə ABŞ, Finlandiya və İrlandiya ilə matçlar üçün yığmanın heyətini açıqlamalıydı. Mətbuat konfransı ləğv olunub. Səbəb isə "Mançester Yunayted"in sabiq futbolçusunun polislər tərəfindən saxlanılmasıdır. 

Offsideplus.az "Sky Sports"a istinadla xəbər verir ki, Giqqs sevgilisinə hücum etdiyini üçün saxlanılıb. Məlumatda Keyt Qrevillin adlı qadının şiddət gördüyü üçün polisə müraciət etdiyi bildirilir. 

Xatırladaq ki, Rayanın adı daha öncə da qadın qalmaqalında hallanmışdı. 2018-ci ildə doğma qardaşının həyat yoldaşı ilə yaxınlıq edən Uels millisinin baş məşqçisinin ayıbıb üstü çox keçmədən açılmışdı. Və buna görə Giqqs bir anda milyonların nifrətini qazanmışdı.