UEFA-nın yeni reytinqi açıqlanıb.

Offsideplus.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsinin I turundan sonra cədvəldə bəzi dəyişikliklər olub.

Avrokuboklardakı yeganə təmsilçimiz “Qarabağ” İsraildə “Makkabi”yə uduzduğundan hesabında 16,625 xal olan Azərbaycan 26-cı pillədə qalıb.

Təl-Əviv təmsilçisinin qələbəsi İsrailin Çexiyanı arxada qoyaraq 20-ci sıraya qalxması ilə nəticələnib.

Qeyd edək ki, cədvəlin ilk pilləsində 82,569 xala malik İspaniya qərarlaşıb. İngiltərə 2-ci, İtaliya 3-cü sıradadır.