"Qarabağ"ın sabiq futbolçusu Ansi Aqolli Ermənistan silahlı qüvvələrinin Gəncədə törətdiyi terror aktına reaksiya göstərib.

Offsideplus.az xəbər verir ki, albaniyalı futbolçu bu barədə "İnstaqram" hesabında paylaşım edib. 38 yaşlı müdafiəçi Ermənistan silahlı qüvvələrinin mülki vətəndaşları qətlə yetirməsini qınayıb.

Ansi Aqolli 2011-2019-cu illərdə Azərbaycan Premyer Liqasında, "Qarabağ" klubunda çıxış edib.

 

IMG 20201017 WA00281