Azərbaycan futbol öz axarında davam edir.

Yığmanın oyunları ilə bağlı yaranmış fasilə başa çatandan sonra bu gün və sabah 6-cı tur çərçivəsində 4 qarşılaşma baş tutacaq. Birinci divizionun 2-ci turu isə artıq start götürüb. Bu isə o deməkdir ki, futbol rəhbərliyi, eləcə də klublar və futbolçular Azərbaycan Ordusunun cəbhə bölgəsindəki gücünə və qələbə əzminə inanır. Qısası, həyat əvvəlki axarında davam edir.

Eyni sözləri ermənilərə aid edə bilmərik. Hazırda ölkənin hər yerində xaos yaşanır, insanlar təlaş içindədir.

Offsideplus.az xəbər verir ki, vəziyyətin çətinliyini anlayan Ermənistan Futbol Federasiyası qurumun bayrağı altında keçirilən bütün yarışları dayandırıb. O cümlədən premyer-liqanı. Çempionatların nə vaxt bərpa olunacağı haqda məlumat verilmir.

Maraq üçün qeyd edək ki, Ermənistan premyer-liqası avqustun 14-də start götürüb. 5-ci turun görüşləri sentyabrın 22-24 aralığında keçirilib ki, növbəti 3 tur təxirə salınıb.