"Biz siyasi qurum yox, idman təşkilatıyıq. Siyasi mübarizəyə qoşulmaq istəmirik".

Offsideplus.az xəbər verir ki, bu sözləri UEFA-nın prezidenti Aleksandr Çeferin  "Sportschau" nəşrinə Dağlıq Qarabağ münaqişələri barədə açıqlamalar verərkən deyib.

Çeferin münaqişənin tezliklə sülh yolu ilə həll olunacağına ümid edir:

"Bu məsələ bir neçə həftə əvvəl başladığından, bizim üçün yenilikdir. Bu, kədərli məsələdir və ümidvaram ki, məsələ sülh yolu ilə həll ediləcək".

"Nəzəri cəhətdən Avropa çempionatını 12 yox, 11 ölkədə, hətta 1 ölkədə keçirmək mümkündür. İstədiyimizi edə bilərik. Problem ondadır ki, artıq yarış üzərində işləmişik, hər şey hazırdır. İndi nəyisə dəyişsəydik, bu, ciddi səylər tələb edəcəkdi. Hələlik hadisələrin inkişafını izləməliyik", - deyə 53 yaşlı UEFA rəsmisi qeyd edib.