Bu gün AFFA-nın inzibati binasında Peşəkar Futbol Liqasının (PFL) prezidenti postuna növbəti seçki keçirilib.

Offsideplus.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, seçkidə AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov, PFL prezidenti Ramin Musayev və klub nümayəndələri iştirak ediblər.

Tədbirdə “Qarabağ”ı direktor Emrah Çelikel, “Neftçi”“Qəbələ”ni müvafiq olaraq prezidentlər Kamran QuliyevFariz Nəcəfov, “Keşlə”“Sabah”ı baş menecerlər Eldəniz Yusubov Nəsimi Musayev, “Zirə”“Səbail”i icraçı direktorlar Cahangir Məmmədov Fərəc Əliyev təmsil ediblər.

“Sumqayıt”ı təmsil etməli olan nümayəndə tədbirdə iştirak edə bilməsə də, rəsmi məktubla seçimini indiki prezidentin lehinə edib.

Nəticələrə əsasən, Peşəkar Futbol Liqasının hazırki prezidenti Ramin Musayev növbəti 4 ildə də eyni postda fəaliyyət göstərəcək. Belə ki, klub nümayəndələri yekdilliklə Ramin Musayevin yenidən seçilməsinin lehinə səs veriblər.

975329da bfab 37d1 a081 19df81532afe

bf727e19 2326 3323 9a50 6c6bce1fdb28

ca42ad4f f228 30ef 8496 9bff94b62f5d