"Sabah" klubu ilə yollarını ayıran futbolçu Cavid Tağıyev Türkiyədə əməliyyat olunub.

Offsideplus.az xəbər verir ki, 28 yaşlı yaşlı yarımmüdafiəçi bu barədə "Facebook" hesabından paylaşım edib.

Qeyd edək ki, Cavid Tağıyev karyerası ərzində "Qarabağ", "Zirə""Sumqayıt"da da çıxış edib. O, 2 dəfə Azərbaycan millisinin formasını geyinib.