Çempionlar Liqasının I təsnifat mərhələsinin oyunlarından sonra ölkələrin UEFA reytinqində növbəti dəfə dəyişikliklər olub. 

Offsideplus.az xəbər verir ki, Azərbaycan ötən günlə müqayisədə iki pillə geriləyərək 14,750 xalla 26-cı yerdə qərarlaşıb. 

Buna Norveçin "Molde" və Rumıniyanın ÇFR klublarının qələbə qazanaraq növbəti mərhələyə yüksəlməsi səbəb olub. Norveç 14,875 xalla 24-cü, Rumıniya isə 14, 825 xalla 25-ci sıradadır. 

 Azərbaycan təmsilçisi "Qarabağ" Çempionlar Liqasının I təsnifat mərhələsində Şimali Makedoniyanın "Sileks" klubunu 4:0 məğlub edərək ölkənin aktivinə 0,375 xal yazdırıb. 

Xatırladaq ki, "Qarabağ" II təsnifat mərhələsində avqustun 26-da Moldovanın "Şerif" klubu ilə qarşılaşacaq. Azərbaycan təmsilçilərindən "Neftçi", "Sumqayıt" və "Keşlə" növbəti həftə Avropa Liqasında mübarizəyə qoşulacaq.